Yanvarın 23-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində Beynəlxalq Boks Federasiyasının "AIBA Pro Boxing" (APB) turniri çərçivəsində 91 kiloqramdan yuxarı çəki dərəcəsi üzrə yarış keçirilib. Föyüşlərdən əvvəl konsert proqramı təqdim olunub.
Rinqə əvvəlcə misirli Ahmed Samir və almaniyalı Ali Kıydın çıxıblar. Görüş Almaniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Günün ikinci görüşündə fransalı Mohammed Toni Viktor James Yoka və rumıniyalı Mihay Nistor qarşılaşmalı idi. Lakin Fransa təmsilçisi Azərbaycana gəlmədiyi üçün qələbə M.Nistora verilib.
Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov isə Rusiya boksçusu Maqomed Omarov ilə görüşdən isə məğlub ayrılıb.
APB kəməri və "Rio-2016" Olimpiya Oyunlarına lisenziya uğrunda döyüşdə mərakeşli Mohammed Arjaoui və Almaniya təmsilçisi Erik Pfeifer qarşılaşıb. Döyüş Erik Pfeiferin qələbəsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB