"Qəbələ" “Kuban”a məğlub oldu

"Qəbələ" “Kuban”a məğlub oldu

Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" klubu bu gün toplanış çərçivəsində 5-ci oyununu keçirib. SİA-nın məlumatına görə, komanda Rusiya Premyer Liqasında çıxış edən Krasnodarın "Kuban" klubu ilə qarşılaşıb. "Qəbələ" meydana aşağıdakı heyətlə çıxıb:

22. Dmitri Bezotosnı (30. Anar Nəziov)
15. Ruslan Abışov (26. Mixail Sivakov)
44. Rafael Santos
7. Ruslan Əmircanov
34. Ürfan Abbasov (16. Ruslan Tağızadə)
4. Elvin Camalov (9. Viktor Mendi)
19. Aleksey Qay
6. Rəşad Sadiqov
14. Cavid Hüseynov (99. Tellur Mütəllimov)
27. Bəxtiyar Soltanov (90. Ekiqo Ehiosun)
18. Ruslan Fomin

Oyun qarşılıqlı hücumlarla başlayıb. Rusiyalılar artıq 3-cü dəqiqədə Tkaçovun qolu ilə hesabda önə keçiblər. Buraxılan qoldan sonra "Qəbələ" böyük qüvvə ilə irəli atılıb. Komandamız bir neçə təhlükəli epizod yaratsa da, yenə "Kuban" qol sevinci yaşayıb. 14-cü dəqiqədə Balde fərqi artırıb. Bundan sonra oyun bərabər mübarizə şəraitində keçib. Görüşün 37-ci dəqiqəsində rusiyalıların futbolçusu qırmızı vərəqə ilə cəzalanıb. Lakin qarşılıqlı razılığa əsasən, cəzalanan oyunçu komanda yoldaşı ilə əvəzlənib. Matç komandamızın iki futbolçusunun məcburi əvəzlənməsi ilə də diqqət çəkib. Belə ki, Ürfan Abbasovla Bəxtiyar Soltanov xəsarət alaraq, meydanı tərk edib. Bundan sonra komandaların səylərinə baxmayaraq, hesab dəyişməyib. "Qırmızı-qaralar" bir neçə dəfə fərqi minimuma endirməyə yaxın olsalar da, "Kuban"ı qapıçısı xilas edib. Beləliklə, "Qəbələ" Antalyada keçirdiyi 5-ci yoxlama oyununda 0:2 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə