Qadınlar arasında şahmat üzrə Azərbaycan Çempionatının başa çatmasına 3 tur qalıb. SİA-nın xəbərinə görə, 6-cı turda qara fiqurlarla Nərmin Məmmədovaya qarşı mübarizə aparan Nərmin Kazımova xalları yarı böldü. Bu turda digər heç-heçə Ülviyyə Fətəliyeva və Səbinə İbrahimova, Gülnar Məmmədova və Aytən Əmrayeva arasında qeydə alındı. Zeynəb Məmmədyarova Səbinə Quliyeva, Xəyalə Abdulla Pərvanə İsmayılova, Türkan Həsənova Xatun Bağırova, Xanım Balacayeva isə Nərmin Söyünlü üzərində qələbə qazanıb.
Beləliklə, 6 turdan sonra Nərmin Kazımova 5.5 xalla liderliyini saxlayıb. Nərmmin Məmmədova isə liderdən bir xal az toplayaraq 4.5 xalla 2-ci yerdədir. Ülviyyə Fətəliyeva, Səbinə İbrahimova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Türkan Həsənova isə hərəyə 4 xal toplayaraq 3-7-ci yerləri bölüşdürürlər.
20 zəka sahibinin iştirak etdiyi yarış isveçrə sistemi ilə 9 turdan ibarət keçirilir və yanvarın 25-də başa çatacaq..
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB