Niyaməddin Paşayev: “ATF "Bakı 2015"ə hazırlığını uğurla davam etdirir” AÇIQLAMA

Niyaməddin Paşayev: “ATF "Bakı 2015"ə hazırlığını uğurla davam etdirir” AÇIQLAMA

"Azərbaycan Taekvondo Federasiyası (ATF) Bakı 2015 Avropa Oyunlarına hazırlığını uğurla davam etdirir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib. O, yığma komandalarımızın Oyunlarda uğur qazanmaq üçün ciddi hazırlıq prosesi keçdiyini qeyd edib: "Həm oğlanlardan, həm də qızlardan ibarət yığmalarımız federasiyanın təlim-məşq bazasında hazırlıqlarını davam etdirirlər. Hər iki komanda baş məşqçilərin rəhbərliyi ilə gündə iki dəfə məşq edir. İdmançılara toplanış zamanı məskunlaşmaq üçün yer də ayrılıb.

Komandalarımızın hərəsinin xaricdə 2 həftəlik təlim-məşq toplanışları nəzərdə tutulub. Mart ayında qızlardan ibarət millimiz Koreyada, oğlanlardan ibarət yığmamız isə Asiya ölkələrindən birində hazırlıq keçəcəklər. Oğlanlardan ibarət yığmamızın təlim-məşq toplanışı keçəcəyi ölkənnin adı məlum deyil. Hazırda bununla bağlı danışıqlar aparılır. Orada yoldaşlıq görüşlərinin keçirilməsi də nəzərdə tutulub. Taekvondoçularımız bir neçə beynəlxalq turnirlərdə də güclərini sınayacaqlar. Birinci Avropa Oyunlarına 8 idmançı ilə qatılacağıq - 4 qız, 4 oğlan. Beynəlxalq turnirlərdən sonra Birinci Avropa Oyunlarında iştirak edəcək heyəti müəyyənləşdirəcəyik".

Federasiyanın vitse-prezidenti bildirib ki, ATF Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi ilə yaxından əməkdaşlıq edir: "ATF-nin nümayəndəsi BAOƏK-də çalışır. O, taekvondo ilə bağlı bütün məsələlərdə Əməliyyat Komitəsinə yardımçı olur.

Federasiyamız BAOƏK ilə yaxından əməkdaşlıq edir. ATF-nin benəlxalq əlaqələr şöbəsi də işini peşəkarlıqla yerinə yetirir. Birinci Avropa Oyunları zamanı federasiyamız qonaqları qəbul edib, onlara lazımi informasiyaları verməyə, təqdimatlar etməyə hazırdır".

Bütün xəbərlər Facebook səhifəmizdə