FİFA təlimatçısı Aleksey Spirin Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlərin düşərgəsinə təşrif buyurub. SİA-nın məlumatına görə, təlimatçı hakimlərin nəzəri məşğələlərində iştirak edib. Öz təcrübəsini hakimlərimizlə bölüşən məsul şəxs son yeniliklər barədə məlumat verib. A.Spirin yanvarın 25-dək Antalya şəhərində olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB