"Xəzər Lənkəran” bu gün Rumıniya klubu ilə oynayacaq

"Xəzər Lənkəran” bu gün Rumıniya klubu ilə oynayacaq

Antalyada təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" klubu bu gün növbəti yoxlama oyununa çıxacaq. SİA-nın məlumatına görə, sayca dördüncü sınaq matçında rəqib Rumıniyanın əsas liqa təmsilçisi "Universitatea Craiova" klubudur. Bu klub hazırda 17 oyundan 29 xal toplamaqla turnir çədvəlində 6-cı sırada qərarlaşıb. Matç, Bakı vaxtı ilə saat 19:00-da "Papillon Futbol Mərkəzi"nin futbol meydançasında baş tutacaq və "Xəzər Lənkəran TV" ilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə