U-17 böyükhesablı qələbə qazanıb

U-17 böyükhesablı qələbə qazanıb
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, "Kundu Spor" komandası ilə qarşılaşan yığmamız böyükhesablı qələbə qazanıb - 8:0. Oyunda Qara Qarayev və Səid İbadov dubl edib. Hərəyə 1 dəfə Zaur Əzizov, Murtuzəli Abakarov, Famil Camalov və Oruc İsmayılov fərqlənib.

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar oyundan əvvəl 1 dəqiqəlik sükut elan olunub. Yığmamızın üzvləri, eləcə də qarşılaşmanı idarə edən Elvin Əsgərovun rəhbəlik etdiyi hakimlər briqadası meydana qara sarğı ilə çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə