Tariximizin nə qədər acı və qanlı günlərindən biri kimi sayılsa da, həm də şərəf günü kimi anılan "20 Yanvar" faciəsini "Xəzər Lənkəran" klubunun futbolçuları da unutmayıb. SİA-nın məlumatına görə, dünən səhər məşqindən öncə komandanın Antalyada məskunlaşdığı otelin akt zalında futbolçulara 25 il öncə baş vermiş faciə haqqında məlumat verilib. "Xəzər Lənkəran"ın idman direktoru Yunis Hüseynov çıxışında həmin gün baş verənlərlə bağlı xatirələri danışaraq bu şərəfli günün tarix boyu xalqımızın yaddaşından silinməyəcəyini vurğulayıb. Daha sonra səhər məşqində iştirak edən bütün heyət meydanda şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Komanda bu gün keçirəcəyi yoxlama oyununda da meydana qara sarğı ilə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB