"Xəzər Lənkəran" hazırlığını davam etdirir FOTOLAR

"Xəzər Lənkəran" hazırlığını davam etdirir FOTOLAR

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" klubu hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, "Metallurq"la yoxlama görüşündən sonra 1 gün istirahət edən təmsilçimiz dünən məşqlərini bərpa edib. Günün ilk məşqini dəniz kənarında reallaşdıran baş məşqçi Elbrus Məmmədov ikinci hazırlığı meydançada təşkil edib.
Hazırda komanda üzvlərindən mərkəz müdafiəçisi Rasim Ramaldanov zədədən əziyyət çəkir. Bakıda müalicə alan oyunçunun düşərgəyə nə vaxt qoşulacağı bəlli deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə