AMKF 20 Yanvar faciəsinin 25-ci il dönümü ilə əlaqədar yığıncaq keçirib
Azərbaycan Milli Karate Federasiyası 20 Yanvar faciəsinin 25-ci il dönümü ilə əlaqədar yığıncaq keçirib. SİA-nın məlumatına görə, federasiya rəhbərliyi, ofis, məşqçi, hakim və idmançı heyətinin iştirak edtdiyi anım tədbirində əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Federasiya prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident və baş sponsor Azərbaycan Beynəlxalq Bankının rəsmi nümayəndəsi İlham Qasımzadə, vitse-prezident Yusif Məmmədov və baş məşqçi Rəhman Hətəmov 20 Yanvar faciəsi barədə ətraflı məlumat verərək, xalqımıza qarşı törədilən qətliamdan danışıblar.
Ölkəmizdə 20 Yanvar şəhidlərinin ailələrinə və hadisələr zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərə sosial müdafiənin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədilə bir çox tədbirlər görüldüyü diqqətə çatdırılıb.
Federasiya rəhbərliyi yanvarın 17-18-də Xorvatiyada Qran Pri turnirindən 2 qızıl, 2 gümüş və bir o qədər də bürünc medal qazanan yeniyetmə və gənclərdən ibarət seçmə komandamızın bu uğurunun 20 Yanvar şəhidlərinin əziz xatirəsinə ithaf edildiyini söyləyib.
Anım tədbirində o da qeyd edilib ki, Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərin övladlarına respublikanın bütün karate bölmələrində məşqlər təmənnasız keçirilir. Yığıncağın sonunda 20 Yanvar şəhidlərinin hər zaman ehtiramla yad ediləcəkləri bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB