Latviyanın Kuldiqa şəhərində atletika üzrə "Kuldiqa Catherina Cup" Beynəlxalq turniri təşkil olunub. Yarışda Azərbaycan ilə yanaşı, 17 ölkədən idmançılar birincilik uğrunda mübarizə aparıb.
Yarışda ölkəmizi məşqçi Elvin Əliyevin rəhbərliyi altında Rahib Məmmədov təmsil edib.
Turnirdə 60 metr məsafəyə sədlərlə qaçış yarışlarının təsnifat mərhələsində 7,97 saniyə nəticə ilə atletimiz finala yüksəlib. Həlledici mərhələdə R.Məmmədov 7,95 saniyə göstərici ilə bürünc medala sahib olub. Bu nəticə ilə atletimiz şəxsi nəticəsini yaxşılaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB