Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışını izləmək üçün Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının və U-21 yığmasının məşqçilər korpusu, həmçinin AFFA-nın Məşqçilər Komitəsinin üzvləri bir neçə oyun izləyib və görüşlər keçiriblər. SİA-nın məlumatına görə, onlar "Qaziantep B.Ş. BLD.Spor" - "Giresunspor" qarşılaşmasını, "Qarabağ", "Qəbələ", "İnter" və "Simurq" klubunun, habelə Azərbaycan U-16 yığmasının keçirdiyi yoxlama oyunlarını izləyib, eləcə də "Neftçi", "Simurq", "İnter" və "Xəzər Lənkəran" klublarının məşqçiləri və rəhbər şəxsləri ilə görüş keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB