Şahmatçımız 2 pillə irəlilədi

Şahmatçımız 2 pillə irəlilədi

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" ənənəvi şahmat turnirində 8-ci turun oyunları başa çatıb. SİA-nın xəbərinə görə, "Tata Steel Chess" superturnirində təmsilçimiz Teymur Rəcəbov da daxil olmaqla 14 top-qrossmeyster mübarizə aparır.

6-cı turda yerli şahmatçı Aniş Qiri ilə heç-heçə edən Rəcəbov, 7-ci turda da ABŞ təmsilçisi So ilə eyni nəticəni təkrarlayıb. 8-ci tur isə Rəcəbovun xeyrinə başa çatıb. Beləki, Polşa təmsilçisi Voytaşeyk ilə qarşılaşan həmyerlimiz 59-cu gedişdə rəqibini təslim olmağa məcbur edib. Beləliklə,Teymur Rəcəbov 8 turdan sonra aktivinə 4.5 xal yazaraq 8-ci pillədən 6-cı pilləyə yüksələ bilib.Turnirin lideri isə aktivinə 6 xal yazan dünya çempionu Maqnus Karlsendir . 9-cu turda təmsilçimizin rəqibi dünya çempionu Karlsen olacaq.

Qeyd edək ki, yarış dairəvi sistem üzrə 13 turdan ibarət keçirilir və yanvarın 26-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə