Qadınlar arasında Azərbaycan Çempionatının 3-cü turu başa çatıb NƏTİCƏLƏR

Qadınlar arasında Azərbaycan Çempionatının 3-cü turu başa çatıb NƏTİCƏLƏR

Yanvarın 16-da start götürən qadınlar arasında Azərbaycan Çempionatında 3-cü turun oyunları başa çatıb. Çempionatda 20 zəka sahibi qələbə uğurunda mübarizə aparır. SİA-nın xəbərinə görə, 3 turdan sonra Nərmin Kazımova və Pərvanə İsmayılova hərəyə 3 xal toplayaraq çempionata liderlik edirlər. Ülviyyə Fətəliyeva və Türkan Həsənova isə liderlərdən yarım xal az toplayaraq 2.5 xalla 3-4-cü yerləri bölüşdürürlər. Çempionatda favorit sayılan Gülnar Məmmədova aktivinə 2 xal yazaraq 5-ci pillədə qərarlaşıb. Onunla eyni xal toplayan Zeynəb Məmmədyarova isə 6-cı yerdədir. Nərmin Məmmədov, Xanım Balacayeva 2 xal, Səbinə İbrahimova, Aytən Əmrayeva və Səbinə Quliyeva 1.5 xal, Xəyalə Abdulla, Ləman Hacıyeva, Xatun Bağırova, Gövhər Beydullayeva və Nərmin Söyünlü 1 xal, Aydan Höccətova, Mələk İsmayıl və Bikəxanım Zamanova 0.5 xal toplayıb. Aytac Heydərovanın isə hələlik aktivində xal yoxdur.

Yarış isveçrə sistemi ilə 9 turdan ibarət keçirilir.Çempionatda I-III yerləri tutan şahmatçılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaq,1-3-cü yerləri tutan şahmatçılar 2015-ci il şəxsi Avropa Çempionatına ezam ediləcəklər. Yarış hər gün saat 15:00-da başlayir və yanvarın 25-də başa çatacaqdir.Turnirin ümumi mükafat fondu 2500 AZN təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə