Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı qəsəbəsində yerləşən "Sərhədçi" Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə "Qış Kuboku" adlı CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, yarış 3 gün davam edəcək. Turnirə Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrin idmançıları qatılacaq. Yarışlarda ümumilikdə 20-ə yaxın idmançı və 40-a yaxın at iştirak edəcək. "Qış kuboku"na Azərbaycan, Türkiyə, Bolqarıstan, İran və Rusiyadan dəvət olunmuş hakimlər kollegiyası nəzarət edəcək. Turnirin ümumi mükafat fondu 45500 AZN təşkil edir. Yarışlar hər gün saat 12:00-da başlayır. Tamaşaçılar üçün giriş pulsuzdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB