Cavid Çələbiyev bu gün növbəti görüşünə çıxacaq

Cavid Çələbiyev bu gün növbəti görüşünə çıxacaq

Boks üzrə Azərbaycan milli komandasının üzvü Cavid Çələbiyev bu gün AİBA Pro Boxing (APB) turnirində növbəti döyüşünə çıxacaq.SİA-nın məlumatına görə, dünya çempionumuz bu dəfə venesuelalı Yoni Blanko ilə qarşılaşacaq. 23 yaşlı Blanko 2013-cü ildə Şimali Amerika oyunlarının bürünc mükafatçısı olub. Venesuela idmançısı APB-də keçirdiyi hər iki görüşdə rinqi məğlub tərk edib. C. Çələbiyev isə ilk döyüşdə braziliyalı Robenilson Vieyraya uduzsa da, ikinci qarşılaşmada Türkiyə nümayəndəsi Selcuk Ekeri üstələyib.

Bu çəkidə əsas qarşılaşmalarda fransalı Xedafi Djelxir braziliyalı Robenilson Vieyra ilə, argentinalı Alberto Melian isə çinli Jiavei Janqla üz-üzə gələcək.

Qeyd edək ki, görüşlər Parisin "Marsel Serdan" sarayında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə