Bakının "Lokomotiv" komandası qadın voleybolçular arasında Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının dörddəbir final mərhələsinin ilk oyununda qələbə qazanıb. "Lokomotiv" yanvarın 14-də Bakıda, Voleybol Mərkəzində Krasnodarın "Dinamo" komandası ilə qarşılaşıb. Qarşılaşmada Bakı təmsilçisi rəqibinə heç bir şans verməyib – 3:0 (25:22, 25:18, 25:22). "Lokomotiv" bu qələbə ilə cavab oyunu üçün üstünlük qazanıb.
"Lokomotiv" bu mərhələyədək "Rote Raben" (Almaniya) və "Srvena Zvezda" (Serbiya), "Dinamo" isə "Novara" (İtaliya) və "Hameenlinna" (Finlandiya) komandalarını mübarizədən kənarlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB