“Azəryol” səfərdə qələbə qazandı

“Azəryol” səfərdə qələbə qazandı

Azərbaycan çempionatının gümüş mükafatçısı Bakının "Azəryol" komandası qadın voleybolçular arasında Çempionlar Liqası yarışı çərçivəsində keçirdiyi səfər qarşılaşmasında qalib gəlib. "B" qrupunda mübarizə aparan komandamız yanvarın 14-də Rumıniyanın Bakau İdman Sarayında yerli "Ştiinta" klubunun qonağı olub. "Azəryol" rəqibini 3:0 (22:25; 14:25; 18:25) hesabı ilə məğlub edərək pley-off mərhələsinə çıxmaq şansını daha da artırıb.

Komandamız Bakıda "Ştiinta"yu üzərində 3:0 hesabı ilə qələbə qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə