Sərbəst, yunan-Roma və qadın güləşi üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi keçirilib. SİA-nın məlumatına görə, püşkatma mərasimi bu gün İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyində baş tutub.
Qeyd edək ki, ötən ilin dünya çempionatında hər üç növ üzrə güləş yığmalarımız Dünya Kuboku yarışlarında iştirak hüququ qazanıb.
| Yunan-Roma güləşi | Qadın güləşi | Sərbəst güləş | |||
| A qrupu |
İran AZƏRBAYCAN İsveç Almaniya |
Yaponiya Polşa ABŞ AZƏRBAYCAN |
Rusiya Kuba ABŞ Monqolustan |
||
| B qrupu |
Rusiya Macarıstan Ermənistan Türkiyə |
Rusiya Ukrayna Monqolustan İsveç |
İran Belarus AZƏRBAYCAN Türkiyə |
Xatırladaq ki, yunan-Roma güləşi üzrə Dünya Kuboku fevralın 19-20-də İran İslam Respublikasının paytaxtı Tehranda, qadın güləşi üzrə Dünya Kuboku 7-8 martda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində və sərbəst güləş üzrə Dünya Kuboku yarışları isə, aprelin 11-12-də ABŞ-ın Los Anceles şəhərində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB