AFFA-nın baş katibi Portuqaliyada tədbirdə iştirak edir

AFFA-nın baş katibi Portuqaliyada tədbirdə iştirak edir

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Portuqaliya Futbol Federasiyasının dəvəti əsasında "Football Talks 2015" konfransında iştirak edir. SİA-nın məlumatına görə, UEFA-nın prezidenti Mişel Platini, həmçinin Avropa futbol təşkilatının İcraiyyə Komitəsinin üzvləri də konfransa qatılıblar. Tədbir Portuqaliya Futbol Federasiyasının yaradılmasının 100 illik yubileyi ilə əlaqədar olaraq keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə