"Neftçi"nin gənc futbolçular testdən keçiblər FOTOLAR

"Neftçi"nin gənc futbolçular testdən keçiblər FOTOLAR

"Neftçi" PFK-nın 15 yaşlı futbolçulardan ibarət komandası "Bayıl Arena"da sürət və dözümlülük testindən keçib. SİA-nın məlumatına görə, təlimə AFFA İcraiyyə Komitəsinin qərarı ilə "Neftçi"nin yeniyetmə və uşaq futboluna texniki direktor təyin edilmiş Yan Versleyen, klubun aşağı yaş qrupu komandalarının koordinatoru Asif Əliyev və seleksiyaçı-məşqçi Səmədağa Şıxlarov rəhbərlik ediblər. Futbolçular 30 və 60 metr məsafəyə qaçışda yoxlanıblar.

Qeyd edək ki, oxşar təlimlər mütəmadi şəkildə təşkil olunacaq və futbolçuların hazırlıq səviyyəsi dəqiqliklə qiymətləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə