"Bakı" Rəhman Hacıyevlə yollarını rəsmən ayırdı

"Bakı" Rəhman Hacıyevlə yollarını rəsmən ayırdı

"Bakı" futbol klubu Rəhman Hacıyevlə yollarını rəsmən ayırıb. SİA-nın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər nəzərdə tutulan anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib. R. Hacıyevin istədiyi komandada çıxışı üçün heç bir problemin qalmayıb.

"Bakı" futbol klubu Rəhman Hacıyevə gələcək karyerasında uğurlar arzu edir.

Bütün xəbərlər Facebook səhifəmizdə