Xəbər verdiyimiz kimi, güləş üzrə yığma komandalarımız ilin ilk təlim-məşq toplanışına başlayıb. SİA-nın məlumatına görə, sərbəst güləş üzrə yığma komandanın üzvləri baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov, məşqçi David Kurtsiya və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi altında Rusiya Federasiyasının Kislovodsk şəhərində təlim-məşq toplanışındadır. Yanvarın 7-dən başlayan və yanvarın 24-dək davam edəcək təlim-məşq toplanışında böyüklərdən ibarət yığma komandadan 21, gənclərdən ibarət yığmadan 9 güləşçi iştirak edir.
Təlim-məşq toplanışı başa çatdıqdan sonra güləşçilərimiz Parisdə keçiriləcək Qran Pri turnirində ilin ilk sınağına çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB