Şağan Olimpiya Kompleksində böyüklər arasında boks üzrə Azərbaycan çempionatı davam edir. Artıq yarışın yarımfinalçıları müəyyənləşib. Gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı Məsud Yusifzadə (52 kq) Təbriz Şirvanini məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Yarımfinalda onun rəqibi "Gilan" klubunun üzvü Kamran Məlikov olacaq.
Qırx doqquz kiloqram çəki dərəcəsində Azərbaycan kubokunun qalibi olmuş Araz İmaməliyev yeni (52 kq) çəki dərəcəsində də yarımfinala yüksəlib. O, Mehdi Seyidovu texniki nokautla məğlub edib.
Yarışda 60 kiloqram çəki dərəcəsində əsas favoritlərdən olan milli komandamızın üzvü Elvin İsayev də yarımfinalda gücünü sınayacaq.
Lorenzo Sotomayorun (64 kq) dörddəbir finalda uduzması ölkə çempionatının əsas gözlənilməz nəticələrindən sayılır. Kuba əsilli boksçu Lənkəran idmançısı Xəzər Əliyevə məğlub olub.
Romal Aslanovla (69 kq) Elnur Süleymanov arasında qarşılaşma böyük maraqla gözlənilirdi. Rəqibinə qalib gələn "Gilan" klubunun nümayəndəsi R.Aslanov yarımfinala vəsiqə qazanıb.
"Baku Fires" klubundan ayrıldıqdan sonra "Gilan"ın şərəfini qoruyan Xaybulla Musalov da (75 kq) mübarizəni uğurla davam etdirir. O, Kuba əsilli boksçu Rayko Santanadan üstün olub.
Azərbaycan çempionatına yanvarın 13-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB