Teymur Rəcəbov “Tata Steel Masters”da mübarizə aparır

Teymur Rəcəbov “Tata Steel Masters”da mübarizə aparır

Yanvarın 9-da Hollandiyanın Veyk-an-Zee şəhərində "Tata Steel Masters" ənənəvi şahmat turnirinə start verilib. Bu mötəbər turnirdə Azərbaycanın idman şərəfini Teymur Rəcəbov qoruyur. 77-ci dəfə keçirilən "Tata Steel Masters" superturnirində dünya çempionu Maqnus Karlsen başda olmaqla 14 ən güclü qrossmeyster mübarizə aparır. Norveçli şahmatçının rəqibləri Azərbaycan qrossmeysteri Teymur Rəcəbovla yanaşı, Fabiano Karuana (İtaliya), Aniş Qiri (Niderland), Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa), Radoslav Voytaşek (Polşa), Lijen Dinq (Çin), Baadur Cobava (Gürcüstan), Vasili İvançuk (Ukrayna), İfan Hou (Çin), Lyuk Van Veli (Niderland), İvan Sariç (Xorvatiya) və Levon Aronyandır (Ermənistan).

Dairəvi sistem üzrə keçiriləcək yarış 13 turdan ibarət olacaq. Ötən il olduğu kimi, əsas turnirdə iki "səyyar" tur keçiriləcək. Yanvarın 15-də oyunlar Rotterdamda, 21-də isə Haaqada keçiriləcək.

İlk turda Hollandiya təmsilçisi Lyuk Van Veli ilə xalları yarı bölən T.Rəcəbov, ikinci turda Ukrayna şahmatçısı Vasili İvançukla sülh bağlayıb.

İki turdan sonra yarışa 2 xalla F.Karuana liderlik edir. V.İvançuk, M.Vaşe-Laqrav 1,5, T.Rəcəbov, L.Van Veli, M.Karlsen, R.Voytaşek, U.Sou, A.Qiri, L.Aronyan, L.Dinq 1, B.Jobava, İ.Sariç, Y.Hou 0,5 xal toplayıblar.

Üçüncü turda T.Rəcəbov qara fiqurlarla Fransa təmsilçisi M.Vaşye-Laqrava qarşı oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə