Antalyada qış təlim-məşq toplanışında olan "Simurq" hazırlığın ikinci mərhələsində yoldaşlıq görüşlərində gücünü sınayacaq. SİA-nın məlumatına görə, komandanın ilk rəqibi Əlcəzairin "Əl-Eyulma" klubu olmalı idi. Ancaq proqramda dəyişiklik edilib. Belə ki, Zaqatala təmsilçisi yanvarın 13-də, Bakı vaxtı ilə saat 16:00-da məskunlaşdığı "Sirena Belek" otelinin meydançasında Qazaxıstanın "Şaxtyor" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, "Simurq"un yeni transferi ispaniyalı mərkəz müdafiəçisi Xuan Alvarado (Melli) özünə forma nömrəsi seçib. Təcrübəli futbolçu Zaqatala təmsilçisinin heyətində 4 nömrəli forma ilə çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB