“İstəyirlər göstərsinlər ki, “Barselona”nı mən idarə edirəm, amma...”
Son zamanlar mediada "Barselona"nın ulduz futbolçusu Lionel Messi ilə baş məşqçi Luis Enrike arasında gərginlik yaranması barədə xəbərlər yayılıb. Xəbərlərdə Messinin komandadan ayrılmamaq üçün baş məşqçinin uzalaşdırılmasını tələb etdiyi iddia olunur. SİA-nın məlumatına görə, futbolçu açıqlama verərək bütün məsələlərə aydınlıq gətirib. O qeyd edib ki, komandada qalmaq üçün klub rəhbərliyindən heç bir tələbi olmayıb: "Komandadan ayrılmaq fikrim yoxdur. Digər klublarla danışıqlar apardığım barədə yayılan xəbərlər də yalandır. Məni incidən bir məqam da odur ki, bu xəbərlərin hamısı "Barselona"nı sevdiyini deyən insanlar tərəfindən yayılıb.
İndiyədək Qvardiola, Eto’О, Boyan, İbrahimoviç ilə də əlaqələrimin pis olduğu barədə xəbərlər yayılmışdı. Ancaq bunların heç biri doğru deyil. İndi də baş məşqçinin və ya digərinin uzaqlaşdırılması barədə tələb irəli sürməmişəm. Belə bir şey eləmərəm. Hazırda hər zamankından daha çox birliyə ehtiyacımız var. İstəyirlər göstərsinlər ki, "Barselona"nı mən idarə edirəm, amma mən də digərləri kimi bir futbolçuyam. Komanda barədə qərarlar vermirəm və vermək istəmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB