"Xəzər Lənkəran" "Tekirdağ"la heç-heçə edib

"Xəzər Lənkəran" "Tekirdağ"la heç-heçə edib

Qış təlim-məşq toplanışı çərçivəsində "Xəzər Lənkəran" ilk yoxlama görüşündə Türkiyənin "Tekirdağ" komandası ilə qarşılaşıb. SİA-nın məlumatına görə, oyunun 9-cu dəqiqəsində "Xəzər Lənkəran" hesabı açıb. Ağabala Ramazanov cərimə zərbəsindən vurduğu dəqiq qolla komandanı hesabda önə çıxarıb. İlk hissə bu hesabla bitib. Fasilədə "ağ-yaşıllar"ın heyəti demək olar ki, tam dəyişib. Rəqib komanda isə öncə penaltidən hesabı bərabərləşdirib, daha sonra isə hesabda irəli çıxıb. Oyunun sonuna yaxın "Xəzər Lənkəran"ın lehinə penalti təyin olunub. Kapitan Rahid Əmirquliyev hesabı bərabərləşdirib - 2:2.

"Xəzər Lənkəran" oyuna bu start heyəti ilə çıxıb: Vyekoslav Tomiç; Tural Cəlilov, İlqar Ələkbərov, Elvin Mirzəyev, İlyas Səfərzadə; Alfred Sanko, Rahid Əmirquliyev (k), Elşən Rzazadə, Sadio Tounkara, Kazım Kazımlı; Ağabala Ramazanov.

İkinci hissəyə isə komanda bu heyətlə çıxıb: Tərlan Qasımzadə; Elnur İsmailov, Ruslan Cəfərov, Elvin Mirzəyev, Maqsum Qənbərli; İlqar Ələkbərov, Rahid Əmirquliyev, Elşən Rzazadə, Ağabala Ramazanov, Bəhruz Teymurov; Anar Babazadə.

Toplanış çərçivəsində növbəti oyun yanvarın 14-də Almaniyanın "Çemnitzer" klubuna qarşı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə