"Rizəspor"un məşhur futbolçusu Sercan Kaya komadasının düşərgəsinə qatılmaq üçün Trabzon hava limanına gedərkən qəzaya uğrayıb. SİA-nın məlumatına görə, futbolçu 61 AV 165 dövlət qeydiyyat nişanlı avtomobili ilə Trabzonun Sürmene hissəsində kəskin hava şəraitində donaraq buz bağlamış yolda nəqliyyat vasitəsinin sürüşməsi nəticəsində idarəetməni itirib. Avtomobildə futbolçunun əmisi oğlu Mehmet Sağlam da olub. Onların hər ikisi qəzaya uğramış avtomobildən xəsarət almadan çıxa biliblər.
Türkiyə mətbuatına açıqlama verən futbolçu, özünün və əmisi oğlunun səhhətinin yaxşı olduğunu, qəzadan sağ-salamat çıxdıqlarını bildirib: "Rizədə olan əşyalarımı götürüb, düşərgəyə getmək üçün avtomobil ilə Trabzon istiqamətində hərəkət edirdim. Bir anda qəzaya uğradım. Allaha şükür ki, heç bir xəsarət almadıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB