Messinin transfer qiyməti

"Barselona"nın argentinalı ulduzu Lionel Messi haqqında yayılan xəbərlər davam etməkdədir. SİA-nın məlumatına görə, İngiltərə mətbuatı "Çelsi" və "Mançester Siti"nin futbolçunu transfer etmək üçün yarışa girdiyini iddia edir. "The Sun"da yer alan xəbərə görə, Mesini transfer etmək istəyən klub 500 milyon pound ödəməyə hazır olmalıdır. Bildirilir ki, bu məbləğ, hətta Messi özü "Barselona"dan ayrılmaq istəsə belə, dəyişməyəcək. Messinin isə başqa təkliflər barədə də düşünəcəyi istisna edilmir. "Çelsi" və "Mançester Siti"nin Maliyyə "Fair-Play" qaydalarına əməl etmələrinin gərəkli olduğu vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə