"Bakı" FK-nın prezidenti İspaniyada bir sıra görüşlər keçirib

"Bakı" FK-nın prezidenti İspaniyada bir sıra görüşlər keçirib

Hazırda İspaniyada olan "Bakı" Futbol Klubunun prezidenti Hafiz Məmmədov bir sıra görüşlər keçirib. SİA-nın məlumatına görə, H. Məmmədov ilk öncə "Atletiko"nun prezidenti Enriko Serezo ilə görüşüb. Görüş zamanı E. Serezo futboldakı işbirliyinə toxunaraq deyib: "Bu işi dünyada sülhün təbliğatçısı saymaq olar. "Land of Fire Azerbaijan" ideyası əməkdaşlığımızın gözəl nümunəsidir. Cəmi bir il ərzində biz Azərbaycanı dünyada layiqli şəkildə tanıtdırmağa çalışmışıq".

"Bakı" Futbol Klubunun prezidenti H. Məmmədov, həmçinin komandasının sabiq baş məşqçisi Milinko Pantiçlə də görüşüb. Görüş zamanı M. Pantiç bildirb ki, "Bakı"da işləmək onun üçün böyük şərəf idi və hər zaman kluba öz köməyini göstərməyə hazırdır".

Bütün xəbərlər Facebook səhifəmizdə