AZAL-da yeni futbolçu

AZAL PFK daha 2 futbolçu ilə yolları ayırıb. SİA-nın məlumatına görə, Adil Nağıyev mövsümün sonuna qədər "Zirə"yə icarəyə verilib. Tomi Kostadinovla isə yollar qarşılıqlı razılaşma əsasında ayrılıb. Əvəzində komandaya yeni futbolçu qoşulub. O, yayda da AZAL-ın düşərgəsində olmuş Valeri Kutsenkodur. 28 yaşlı ukraynalı yarımmüdafiəçi ölkəsinin U-17 və U-19 millilərində çıxış edib və ümumilikdə 6 oyun keçirib. Peşəkar karyerasına "Dnepr"də başlayan Kutsenko vətənində "Obolon", "Krivbass" və "Vorskla"nın da şərəfini qoruyub. O, 2 dəfə Belurasda da legioner həyatı yaşayıb. Futbolçu əvvəlcə "Brest", sonra isə "Minsk"in şərəfini qoruyub. Onun son klubu Latviya "Dauqava"sı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə