Saman Təhmasibi 2-ci, Rəsul Çunayev 3-cü yerdə

Saman Təhmasibi 2-ci, Rəsul Çunayev 3-cü yerdə

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2014-cü ilin yekunlarına görə, yunan-Roma güləşi üzrə yeni ilin ilk reytinq siyasını açıqlayıb. SİA-nın məlumatına görə, yunan-Roma güləşi üzrə reytinq siyahısına 7 güləşçimizin adı daxil edilib. Ən yaxşı göstərici dünya çempionatının gümüş mükafatını qazanan Saman Təhmasibiyə (85 kq) məxsusdur. O, reytinqdə də 2-ci yerdədir. Dünya çempionatının bürünc mükafatçıları Rəsul Çunayev (71 kq) 3-cü, Elvin Mürsəliyev (75 kq) 5-ci yerdə qərarlaşıb. Dünya çempionatını 5-ci sırada tamamlayan Həsən Əliyev (66 kq) isə, reytinqdə 7-ci pillədə yer alıb.

59 kq
13. Taleh Məmmədov - Qızıl Qran Pri Final mərhələsi 1-ci yer (12)

66 kq
7. Həsən Əliyev - DÇ 5-ci yer (7)

71 kq
3. Rəsul Çunayev - DÇ 3-cü yer (3)

75 kq
5. Elvin Mürsəliyev - DÇ 3-cü yer (5)
11. Rafiq Hüseynov - Qızıl Qran Pri Final mərhələsi 1-ci yer (11)

85 kq
2. Saman Təhmasibi - DÇ 2-ci yer (2)

130 kq
17. Sabah Şəriəti - Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (15)

Qeyd: İdmançıların adları qarşısında son yarışda əldə etdikləri nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə