Rusiyada keçirilən FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 8-də Koreya Respublikası komandası ilə qarşılaşıb.
AFFA xəbər verir ki, qarşılaşma 3:0 hesabı ilə Koreyanın yığmasının xeyrinə başa çatıb.
Xatırladaq ki, ilk oyunda Yaponiya yığmasına 1:0, növbəti qarşılaşmada isə Rusiya-2 komandasına 4:2 hesabı ilə qalib gələn futbolçularımız ötən gün Sankt-Peterburq komandasına 2:4 hesabı ilə məğlub olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB