Beynəlxalq futbol tarixi və statistikası federasiyasının versiyasına görə, "Bavariya" klubunun və Almaniya yığmasının qapıçısı Manuel Noyer ardıcıl olaraq iki dəfə dünyanın ən yaxşı qapıçısı elan edilib. Təşkilatın rəsmi saytı xəbər verir ki, Noyer ən yaxın izləyicisi olan "Çelsi" klubunun qapıçısı Tibo Kurtuanı böyük fərqlə qabaqlayıb – 216:96. Üçüncü yeri 46 xalla "Real"ın qapıçısı Keylor Navas tutub.
Səsvermədə 70 ölkədən jurnalist və ekspertlər iştirak edib.
Braziliyada keçirilən dünya çempionatında Manuel Noyer komandasını dəfələrlə qoldan xilas edib və Almaniya yığmasının çempion olmasına böyük töhfə verib. Bundan əlavə, yeni mövsümdə bundesliqanın birinci mərhələsindəki 17 oyunda qapısından cəmi dörd top buraxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB