AZAL məşqlərini davam etdirir

Mövsümün ikinci yarısına hazırlığını Vətəndə davam etdirən AZAL gündə iki dəfə olmaqla məşq edir. SİA-nın məlumatına görə, Şüvəlandakı bazada qərarlaşan oyunçular adətən, ilk öncə fiziki, sonra isə taktiki-texniki hazırlıq keçir.

Komandanın dünənki məşqində 5 yeni sima da iştirak edib. Onlar son klubu "Araz Naxçıvan" olmuş Azər Məmmədov, Ruslan Nəsirli və Aqil Nəbiyev, "Xəzər Lənkəran"dan ayrılan Aleksandr Şemonayev və yenicə "təyyarəçi" olan Nicat Qurbanovdur. Əvəzedici komandadan Əfqan Poladlı, Fərid Hacıyev və Fariz Nəcəfov da əsas komanda ilə birgə məşq keçib. Dizində yüngül zədəsi olan Viktor İqbekoyi isə fiziki hazırlıq üzrə məşqçi ilə fərdi proqram əsasında çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə