Bakı şəhər açıq birinciliyinə yekun vurulub

Bakı şəhər açıq birinciliyinə yekun vurulub

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şagan Olimpiya İdman Kompleksində 2001-02 və 2003-04-cü il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub. SİA-nın məlumatına görə, birincilikdə 10 №-li UGİM, 14 №-li UGİM, 11 №-li UGİM, "Abşeron Zirvə" İK, MOİK, ROİL, "İnter" İK, 13 №-li UGİM, "Lokomotiv" İSM, "Atilla" İK, "Ümid" İK, "Bakı" PİK, "Təhsil" RİM, "Qəbələ" İK, "Zenit" İC, "Ruslan" İSM, "Turan" İK, "Piral" İSM, "Sərhədçi" İOM, FHN İSK, "Elxan" İK, Tovuz rayonu, Balaxanı İdman Zalı, "Judo Club 2012" İK, Republika Kompleks İdman Məktəbi, "Cahan" İK, DİN İC, "Şuşa" RGİİ-nın UGİM və "İppon" İK-nı təmsil edən 535 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb.

Nəticələrə görə, 2001-02-ci il təvəllüdlü yeniyetmələr arasında 30 kq çəki dərəcəsində Rəşad Salayev ("Zenit" İC), 34 kq çəki dərəcəsində Məhəmməd Təhməzzadə ("Təhsil" RİM), 38 kq çəli dərəcəsində Hacıalı Qasımov (11 №-li UGİM), 42 kq çəki dərəcəsində Röyal Rüstəmov ("Şuşa" İK), 46 kq çəki dərəcəsində Yusif Allahyarov (13 №-li UGİM), 50 kq çəki dərəcəsində Yusif Cabbarov ("Lider" İK), 55 kq çəki dərəcəsində Seymur Soltanlı (ROİL), 60 kq çəki dərəcəsində Fəxri Rüstəmzadə (13 saylı UGİM), 66 kq çəki dərəcəsində Elcan Omarov ("Təhsil" RİM), +66 kq çəki dərəcəsində Yaqub İsmayılov ("Lokomotiv" İSM) I yerə layiq görülüb.

2003-04-cü il təvəllüdlü yeniyetmələr arasında isə 24 kq çəki dərəcəsində Emin Həsənov ("Zirvə" İK), 27 kq çəki dərəcəsində Teyyub Abdullayev ("Təhsil" RİM), 30 kiq çəki dərəcəsində Samir Piriyev (13 №-li UGİM), 34 kq çəki dərəcəsində Elmir Hümbətov (13 №-li UGİM), 38 kq çəki dərəcəsində Raul Andarov (13 №-li UGİM), 42 kq çəki dərəcəsində Əli Rüstəmzadə ("Təhsil" RİM), 46 kq çəki dərəcəsində Binnət Ovçuyev ("Lider" İK), 50 kq çəki dərəcəsində Rəsul Aydəmirov (13 №-li UGİM), 55 kq çəki dərəcəsində Rəşadət Paşazadə ("Qəbələ" İK), +55 kq çəki dərəcəsində Səid Əliyev ("Təhsil" RİM) I yerlə layiq görülüb.

I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə