"Xəzər Lənkəran" Antalyada ilk məşqinə çıxıb

"Xəzər Lənkəran" Antalyada ilk məşqinə çıxıb

Dünən günorta saatlarında Antalyaya çatan "Xəzər Lənkəran" klubu məskunlaşacağı oteldə yerləşib. SİA-nın məlumatına görə, qısa istirahətdən sonra komanda toplanış çərçivəsində ilk məşqinə çıxıb. Elnur Cəfərov istisna olmaqla, bütün futbolçular hazırlıqlarda iştirak edir.

Xatırladaq ki, "Xəzər Lənkəran" Belek bölgəsində yerləşən "Crystal Tat Beach" otelində məskunlaşıb. Komanda 20 günlük toplanış çərçivəsində 5 yoxlama oyununa çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə