"İnter" "İnegölspor"la qarşılaşacaq

"İnter" "İnegölspor"la qarşılaşacaq

Bakının "İnter" klubunun Türkiyədəki təlim-məşq toplanışının 4-cü günü 1 məşqdən ibarət olub. SİA-nın məlumatına görə, axşam saatlarında baş tutmuş məşqə futbolçular isinmə hərəkətləri ilə start veriblər və daha sonra topla çalışıblar. Futbolçular 4 qrupa ayrılaraq bir-birilərinə qarşı oynayıblar. Qeyd edək ki, toplanışın hazırlıq planına uyğun olaraq İnter sabah 2 dəfə məşq edəcək.

Əlavə edək ki, ayın 8-də komandamız Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünə çıxacaq. Bu maçda İnter Türkiyənin "İnegölspor" komandası ilə qarşılaşacaq. Bu oyun "Kaya Palazzo Golf Resort" otelinin meydançalarının birində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə