Bu gün AFFA-nın yeni saytı istifadəyə veriləcək FOTOLAR

Bu gün AFFA-nın yeni saytı istifadəyə veriləcək FOTOLAR

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ölkə futbolunun təbliğatının daha yüksək səviyyədə həyata keçirilməsi məqsədilə bugündən etibarən affa.az, affavideo.az və affatv.az saytlarını yeni dizayn və strukturda istifadəçilərin ixtiyarına verəcək.

AFFA-nın indiyə qədər fəaliyyətdə olan saytı 2005-ci ildə istifadəyə verilmişdi və ötən müddət ərzində bu sahədə baş verən yeniliklər nəzərə alınmaqla yeni veb səhifənin yaradılmasına ehtiyac duyulurdu. SİA-nın məlumatyına görə, assosiasiyanın yeni saytının Fan Store, Online bilet satışı, Sponsorluq və satış, Virtual tur, Fan zona, İctimaiyyət (Könüllülər, Hakimlər, Məşqçilər) bölmələri AFFA ilə saytın istifadəçiləri arasında ünsiyyətin daha rahat və çoxşaxəli olmasına imkan verəcək. Yeni dizayna uyğun olaraq, Siz AFFA-nın tədbrilərindən hazırlanmış videomateriallara, həmçinin canlı yayımlara affa.az saytına daxil olaraq birbaşa baxmaq imkanı əldə edəcəksiniz.

Yeni saytın istifadəyə verilməsi ilə əlaqədar olaraq, AFFA-nın FanStore-unda yalnız online alınan bütün mallara endirim kampaniyası da həyata keçiriləcək. Kampaniya 07 - 14 yanvar 2015-ci il tarixlərində qüvvədə olacaq. Qeyd edək ki, bu tarixlərdə online alınmış bütün növ əmtəə məhsullarına 30% endirim tətbiq olunacaq və online mağazada endirimli qiymətlər göstəriləcək. Kampaniya ilə bağlı yaranmış sualları email vasitəsi ilə və aşağıdakı nömrəyə zəng edərək ünvanlaya bilərsiniz. (mob: 055 511 80 80; email: [email protected])

Yeni saytda Xəbərlər, Axtarış və s. bölmələrdə keçmiş məlumatların tapılmasında müəyyən çətinliklərlə üzləşməyiniz mümkündür. Bu istiqamətdə işlər davam edir. Problemlə üzləşəcəyiniz təqdirdə "Köhnə sayt" düyməsi vasitəsilə keçid edərək lazımi informasiyaları əldə edə bilərsiniz. Üzləşdiyiniz çətinliklər barədə qeydlərinizi [email protected] ünvanına yazmağınız xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə