İordaniya şahzadəsi Əli Bin əl-Hüseyn bildirib ki, 2015-ci ildə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti vəzifəsinə namizədliyini irəli sürmək niyyətindədir. "Reuters" xəbər verir ki, Əli Bin Əl-Hüseyn hazırda FİFA-nın vitse-prezidenti vəzifəsində çalışır, İordaniya və Qərbi Asiya futbol federasiyalarının başçısıdır.
İordaniya şahzadəsi deyib: "Mən FİFA-nın prezidenti vəzifəsinə namizədliyimi irəli sürmək qərarına gəldim, çünki hesab edirəm ki, ictimaiyyətin diqqətini son qalmaqallardan yayındırıb yenidən idmana yönəltməyin vaxtı çatıb. Bu, asan qərar olmayıb. Mən bu qərarı əsaslı şəkildə düşündükdən və FİFA-dakı nüfuzlu həmkarlarımla çoxsaylı müzakirələrdən sonra qəbul etmişəm".
FİFA-nın prezidenti seçkiləri 2015-ci ilin mayında keçiriləcək. FİFA-nın hazırkı prezidenti Yozef Blatter və qurumun sabiq baş katibi Jerom Şampan da bu vəzifəyə namizəddirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB