Bu gün şahmat üzrə kişilər arasında Azərbaycan çempionatına start veriləcək. SİA-nın məlumatına görə, yarışda 22 zəka sahibi çempion adı uğurunda mubarizə aparacaq. Çempionatda 1-3-cü yerləri tutan şahmatçılar Gənclər və İdman Nazirliyinin Diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaqlar. Eyni zamanda 1-2-ci yeri tutan şahmatçılar bu il keçiriləcək Dünya Kubokuna,1-3-cü yeri tutan şahmatçılar isə şəxsi Avropa çempionatına vəsiqə qazanacaqlar.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçiriləcək yarış 9 turdan ibarət olacaq. Çempionat yanvarın 16-da başa çatacaq. Yarışın ümumi mükafat fondu 5000 Azn təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB