"Xəzər Lənkəran" Futbol Klubu və yarımmüdafiəçi Elnur Abdullayev arasında müqavilənin müddəti başa çatdığı üçün futbolçu sərbəst oyunçu statusunda klubdan ayrılıb. SİA-nın məlumatına görə, bundan əlavə, Rauf Əliyev, Əfran İsmayılov, Rəşad Sadiqov, Aleksandr Şemonayev və Vanderson Skarduelli ilə mövcüd olan müqavilələrə qarşılıqlı şəkildə xitam verilib. Adrian Skarlatake, Tyeqo de Jesus və Fernando Qabriel klub tərəfindən transferə çıxarılıb. Deyan Blajevski və Qalin İvanov klubun düşərgəsini icazəsiz tərk etdiklərinə və müqavilə öhdəliklərini kobud şəkildə pozduqlarına görə klub tərəfindən hər iki futbolçu ilə müqavilələrə birtərəfli şəkildə xitam verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB