"İnter" Türkiyədə hazırlıqlarını davam etdirir

"İnter" Türkiyədə hazırlıqlarını davam etdirir

Bakının "İnter" klubu Türkiyədə təlim-məşq toplanışdadır. SİA-nın məlumatına görə, komandanın dünənki məşqi uğurla keçib. İsinmə hərəkətləri ilə başlayan səhər məşqi qaçış və müxtəlif fiziki hərəkətlərin yerinə yetirilməsi ilə yekunlaşıb. Komanda axşam saatlarında da məşqə çıxıb. Hazırlıq zamanı futbolçular isinmə hərəkətlərindən sonra müxtəlif təmrinlər yerinə yetiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə