"Liverpool" ötən yay transfer etdiyi Divok Oriqini "Anfield Road"a gətirmək üçün "Lille" klubu ilə razılıq əldə etməyə çalışır. "Qırmızılar" 10 milyon funt ödəyib "Lill"ə icarəyə verdikləri futbolçunun xidmətlərindən ikinci dövrədə istifadə etmək fikrindədir.
"Liverpool" bunun üçün 3 milyon funt ödəməyə hazırdır. Oriqinin "Lille"lə icarə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacağı üçün "Liverpool" bossları növbəti dəfə əlini cibinə salmalı olacaq.
Fransanın 1-ci Liqasında turnir cədvəlinin 13-cü pilləsində qərar tutan "Lille" Avropa Liqasında da mübarizəni qrup mərhələsində dayandırmalı olub. Oriqi isə oktyabrdan rəqib qapılarına yol tapa bilməyib. Buna baxmayaraq, Brendan Rocers gənc forvardın oyunları haqqında müntəzəm məlumat aldığını bildirib.
"İnanıram ki, Oriqi dünya səviyyəli futbolçu olacaq. Onun bacarığı indi "Liverpool"da oynamağa imkan verir. Divok müdafiənin arxasına qaçmaq, topu saxlamaq və pressinq etməkdə yaxşı təsir bağışlayır".
Qeyd edək ki, "Liverpool"un hücum xəttində vəziyyət heç də ürəkaçan deyil. Balotelli və Fabio Borini Premyer Liqanın cari mövsümündə fərqlənə bilməyib. Daniel Staric isə artıq avqust ayından meydana çıxa bilmir. O, hazırda zədəsini ABŞ-da müalicə etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB