Messi baş məşqçinin qərarlarından narazı qaldı

Səbəbi Enriquenin La Ligada keçirilən 17 matçda 17 ayrı əsas heyətlə çıxmağıdı
Messi baş məşqçinin qərarlarından narazı qaldı

"Barcelona"nın ulduz futbolçusu Leonel Messi "Real Coceidad"da (0:1) məğlub olduqları oyundan sonra komandanın baş məşqçisi Luis Enriquedən meydana buraxdığı heyətə görə, narazı qalıb. Argentinalı futbolçu çalışdırıcının indiki vəziyyəti düzəldəcəyinə inanmır və rəhbərliyin məğlubiyyətlərdən sonra da baş məşqçini dəstəkləməsini qınayır.

Narazılığın əsas səbəbi Enriquenin La Ligada keçirilən 17 matçda 17 ayrı əsas heyətlə çıxmağıdı.

Xatırladaq ki, dünənki matçda Messi, Neymar, Pique, Dani Alves və Rakitic ehtiyyat skamyasında oturmuşdular.

Sport.es nəşri bildirib ki, Luis Enriquenin belə addım atması əsas futbolçularını qorumaq üçün edib. Çünki, futbolçular məşqə oyundan cəmi iki gün öncə başlamışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə