“İnter” komandası altı yoldaşlıq oyunu keçirəcək

“İnter” komandası altı yoldaşlıq oyunu keçirəcək

Antalyada təlim-məşq toplanışını davam etdirən Bakının "İnter" futbol komandası 6 yoldaşlıq matçı keçirəcək. Klubdan bildiriblər ki, Bakı təmsilçisinin rəqibləri artıq müəyyənləşib. "İnter" yanvarın 8-də "İnegölspor" (Türkiyə), yanvarın 13-də "Energie Kottbus" (Almaniya), bir gün sonra "Kayrat" (Qazaxıstan), yanvarın 17-də "Kasımpaşa" (Türkiyə), üç gün sonra isə "Metallist" (Ukrayna) komandaları ilə qarşılaşacaq.

Toplanışda son yoxlama matçının yanvarın 23-də keçirilməsi planlaşdırılır. Rəqib hələ müəyyənləşməyib.

"İnter" yanvarın 24-də Vətənə qayıdacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə