Yanvarın 5-dən 29-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq "Qəbələ" futbol komandasının hazırlıq çərçivəsində qarşılaşacağı komandalardan birinin də adı dəqiqləşib. "Qəbələ" Futbol Klubundan bildiriblər ki, "qırmızı-qaralar" qardaş ölkədə keçirəcəkləri ikinci yoxlama oyununda "Əskişəhərspor" ilə qarşılaşacaqlar. Türkiyə Super Liqasının təmsilçisi ilə görüş yanvarın 14-də keçiriləcək.
Bu vaxtadək "Qəbələ"nin təlim-məşq toplanışının ilk hissəsindəki digər oyunların tarixi və rəqibləri də müəyyənləşib. İlk yoxlama oyununu yanvarın 10-da keçirəcək "qırmızı-qaralar" PSV-nin (Hollandiya) ikinci komandası ilə üz-üzə gələcək. Ayın 17-də iki matça çıxacaq komanda əvvəl Qazaxıstan klublarından biri ilə görüşəcək. Rəqib komandanın adı hələlik dəqiqləşməyib. Həmin gün təmsilçimizin digər rəqibi "Vorskla" (Poltava, Ukrayna) olacaq.
"Qəbələ" bundan başqa, yanvarın 22-də, 25-də və 29-da sınaq matçlarına çıxacaq. Bu qarşılaşmalardakı rəqiblərin adı yaxın günlərdə bilinəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB