"Neftçi" PFK yanvarın 11-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayacaq. Hazırlıq çərçivəsində komandanın keçirəcəyi 5 yoxlama oyununda rəqiblər barədə məlumat vermişdik. SİA-nın məlumatına görə, artıq komandanın 6-cı - sonuncu yoxlama oyunundakı rəqibi də müəyyənləşib. "Neftçi" hazırlıq prosesinin son sınaq matçını, ötən mövsüm Rumıniya çempionatının bürünc medallarını qazanmış "Petrolul" Ployeşti komandasına qarşı keçirəcək. Oyun yanvarın 23-də baş tutacaq.
Qeyd edək ki, bütün yoxlama görüşləri "Mardan İdman Kompleksi"nin stadionunda təşkil olunacaq.
"Neftçi"nin yoxlama oyunlarını bir daha diqqətinizə çatdırırıq:
4.01.2015
"Neftçi"-"Hajer" (Səudiyyə Ərəbistanı)
17.01.2015
"Neftçi-""Foolad" (İran)
20.01.2015
"Neftçi"-"Guizhou Rehne" (Çin)
21.01.2015
"Neftçi"-"Volın" Lutsk (Ukrayna)
23.01.2015
"Neftçi"-"Dinamo" Moskva (U-23) (Rusiya)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB