FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti rəqibi bu gün Bakı vaxtı ilə saat 17.30-da keçiriləcək Slovakiya - Sankt-Peterburq matçından sonra müəyyənləşəcək. SİA-nın məlumatına görə, komandamız növbəti oyununu yanvarın 7-də keçirəcək.
Xatırladaq ki, birinci qrup mərhələsində Yaponiyanı 1:0, Rusiya-2 komandasını 4:2 hesabı ilə məğlub edən yığmamız növbəti mərhələyə qrup lideri kimi yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB